Bostan və tərəvəz məhsulları PDF Çap et Dosta göndər
Tapmacalar

***

Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.

(lobya)

 

***

Anaxanım atlandı,
Qol-qanadı qatlandı.

(kələm)

 

***

Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.

(soğan)

 

***

Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.

(bibər)

 

***

Bədəni yerdə,
Saqqalı göydə.

(turp)

 

***

Bir damım var, qapısı yox.

(qarpız)

 

***

Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.

(kartof)

 

***

Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.

 

(xiyar)

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 32 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219750