Heyvanlar PDF Çap et Dosta göndər
Tapmacalar

***

Avın alsan mırıldar,
Sığallasan xoruldar.

(pişik)

 

***

Ağzı qara boz bəylər,
Vursan ağzın əyilər.

(canavar)

 

***

Ağızı var, dili olmaz,
Yüz ağac vur çığırmaz.

(balıq)

 

***

Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qərəvəllə işi var.

(meymun)

 

***

Bağda sürünər gəzər,
 Az-az görünər gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.

(kirpi)

 

***

Bir atım var minə bilmirəm.
Ağzın açsa dinə bilmirəm.

(şir)

 

***

Bir axmaq öküzüm var,
İləndirib ət yeyər.

(ayı)

 

***

Qaya altdan qaz gedər,
Burnun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.

(fil)

 

***

Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Yarpaqsız ağac gördüm.
Torpaqsız beçə verdi.

(maral buynuzu)

 

***

Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.

 

(kərtənkələ)

 

***

Dik çıxanda ildırım,
Dik enəndə digirqoz.

(dovşan)

 

***

Dilim-dilim nar,
Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.

(siçan)

 

***

Yer altında yağlı küt.

(porsuq)

***

O nədi ki, evə girməz,
Sədaqəti eldə gəzər.

(it)

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 13 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219717