Sözləri Hikmət Ziyanın, Musiqisi Musa Mirzəyevindir. Süd kimi ağ qar ilə, Çoxlu-çoxlu bar ilə, Qış ilə, bahar ilə Yeni il gəldi, Yeni il gəldi. Neçə nübar ilə, Yeni il gəldi. Dekabrın son günü, Bizə tutub üzünü, Dedi ürək sözünü: Yeni il gəldi, Yeni il gəldi. Görürük özünü, Yeni il gəldi. Bəzənmişdir yolkalar, Onların da sözü var: - Bilsin ellər, obalar, Yeni il gəlir, Yeni il gəlir. Sevinir uşaqlar, Yeni il gəlir. Sevinclə gülə-gülə, Aydın səhərlər ilə, Yeni zəfərlər ilə Yeni il gəldi, Yeni il gəldi. Hər obaya, elə, Yeni il gəldi. |