| *** Ağ uzatdım, Al toxudum, Qara sərdim. (böyürtkən) *** Ağac başında al yanaqlı qız. (alma) *** Ağac başında qırmızı qız. (zoğal) *** Ağac başında qımro bitər. (fındıq) *** Ağac başında sarı yemiş. (xurma) *** Ağac başında sarı yumaq, Üstünə səpilib ağ sumaq. (heyva) *** Bir yanı ağ, Bir yanı al. Ağzına al, Dadı bal. (şaftalı) *** Bir təndirim var iki çörək tutur. (qoz) *** Qahqah qalası var bunun, Qan pilayası var bunun, Nə doğur, nə törəyir, Pərvaz balası var bunun. (çiyələk) *** Dağda bir qab aş yumarladım, Dənəsi də yerə düşmədi. (nar) *** İpsiz iynə, deşiksiz muncuq, Allah düzər, adam üzər. (üzüm) *** Heyva kimi sap sarı, Nə heyvadı, nə darı. Bir ağacdan dərərəm, Ləzzətini görərəm. (armud) |