Mətbuat və texnika PDF Çap et Dosta göndər
Tapmacalar

***

Ağ yerə toxum səpərlə.

(yazı)

 

***

Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.

(qələm)

 

***

Ağca atı nalladım,
Səmərqəndə yolladım.

(məktub)

 

***

Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.

(paravoz)

 

***

Bir qapağı, Min yarpağı.

(kitab)

 

***

Bir qarpızım var cığal,
Üstünə dünya sığar.

(qlobus)

 

***

Bir sehirli fanaram,
Kibritsiz də yanaram.
Nə yerdə yox, nə göydə,
Havadan sallanaram.

(elektrik lampası)

 

***

Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.

(təyyarə)

 

***

Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr,
Gəlib yerdə dincələr.

(kosmonavt)

 

***

Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.

(paraxod)

 

***

O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.

(avtomasın)

 

***

Özü qara, sözü ağ.

(yazı lövhəsi)

 

***

O nədi ki, içində qışdır,

Çölündə bahar.

(soyuducu)

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 20 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219732