Millətinin halı pərişan ola, Hər bir işi nifrətə şayan ola, Cahil ola, vəhşiyü nadan ola, Qəm yemə, səbr et, bu da, yahu, keçər! Daireyi-əqlü ədəbdən kənar, Əmri müsəlman edə daim şiar, Olmaya bir kimsədə namusü ar, Qəm yemə, səbr et, bu da, yahu, keçər! Hər işimiz məsxərəli, gülməli, Olsa bizim, pozma kefin, ay dəli, Hər neləsə Kəlb Cəfər, Kəlbəli, Qəm yemə, səbr et, bu da, yahu, keçər! Vaizimiz söyləyə minbərdə gər, Biri-ələm, möcüzi-şəqqulqəmər, Zəfəri-cindən sənə versə xəbər, Sakitü lal ol, bu da, yahu, keçər! Mərsiyəxan gündə çıxa minbərə, Xəlqi soya, düşməyə əsla yerə, Tab elə, döz boylə yaman günlərə, İncimə, səbr et, bu da, yahu, keçər! Oğru, acamir doluşa məscidə, Zəng vura, toy çala, şaxsey gedə, Baş-qulağın qanına qəltan edə, Dinmə, danışma, bu da, yahu, keçər! Tüstü basa məscidi külxan ola, Tab eləmək xarici-imkan ola, Mərsiyəmiz kizb ola, böhtan ola, İncimə, səbr et, bu da, yahu, keçər! Çakər* ola mərsiyəxani-səhih, Qövli qələt, feli təmamən qəbih, Vədeyi-cənnət verə xəlqə sərih, Dinmə, danışma, bu da, yahu, keçər! Bəzzazımız* başa çala zərbəti, Kəndinə tərğib eləyə milləti, Əmr səvab ədd edə bu bidəti, Qəm yemə, səbr et, bu da, yahu, keçər! Məscidinə oğru girə aşikar, Sirqət edə çəkmə, qaloş, hər nə var, Payi-bürəhnə qalasan zinhar, Dinmə, danışma, bu da, yahu, keçər! |