Aç dilini, yum gözünü, zahida, Bird oxu, heç anlama mənasını! Baxma bir ibrətlə bütün aləmə, Görmə həqin nuri-təcəllasını! Xüşk ibadətlə, quru zöhdlə Anlama sən eşq müəmmasını. Zöhdü öyüb, eyləmə inkari-eşq, Şəxs bulur eşqlə mövlasını. Qeysə əbəs vermə cünun namını, Görməyərək surəti-Leylasını. Guşeyi-xəlvətdə oturma, kişi, Bilmə həqin guşədə mənasını. Qəsdin əgər yar isə, gəl, göstərim, Varsa gözün, eylə təmaşasını. Sənətə bax, saneinə pey apar, Dərk elə keyfiyyəti-inşasını. Leyk hanı səndə bəsirət gözü, Ta görəsən vəchi-dilarasını?! Hu çəkib axır gəzəsən kubəku, Tərk edəsən zöhd müsəllasını. Küfrdə təqlid edəsən şairə, Zikr edəsən şeri-müqəffasını. |