Ay can... PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Müftinin rəyi ilə kəşfi-vücuhi-nisvan
Şərdə caynə imiş, hökm ediyormuş Quran;
Müslimə övrətə baxmaqda da yoxmuş hörmət,
Övrətin əl üzü övrət ki, deyilmiş, ay can!..

Pəs yazıq zadeyi Neman* nə deyirdi, əcəba?
Ya ona lən edən oğlan nə deyirdi, əcəba?
Həzərati-üləmadə pəs o cünbüş nə idi?..
O zaman cümlə müsəlman nə deyirdi, əcəba?

Nə deyirdi Şəkinin, Gəncənin imanlıları,
Tiflisin bir para məzhəbçi dəliqanlıları,
Culfanın, Naxçıvanın, Ordubadın hampaları,
Bakının zorbaları, Lənkəranın canlıları?

Şimdi, yahu, bu tühaf işlərə vicdan nə deyir?
Əql nə hökm ediyor, ya buna irfan nə deyir?
Hərə Qurana verir istədiyi mənanı,
Aç, oxu, bunlara gör həzrəti-Quran nə deyir?

Nə deyir? – Bəllidir ərbabına, mən bilməyirəm,
Bir para molla kimi hiyləvü fən bilməyirəm,
Deməz allah iki mənalı sözü qullarına,
Bu qədər anlamışam, başqa süxən bilməyirəm.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 73 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367137