|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.
|
Mənim bağım, baharım! Fikri ziyalı oğlum! Məktəb zamanı gəldi, Dur, ey vəfalı oğlum! Ey gözüm, ey canım! Get məktəbə cavanım! Gün çıxdı, sübh açıldı, Qaranlıqlar qaçıldı, Pəncərədən gün düşdü, Otaqlara saçıldı. Ey gözüm, ey canım! Get məktəbə cavanım! Məktəbdə var şərafət, Dəftərdə var lətafət. Cari olur qələmdən Şirin-şirin hekayət. Ey gözüm, ey canım! Get məktəbə cavanım! Müəllimin kəlamın Al, saxla ehtiramın; Həqdən edər təmənna Məktəbinin dəvamın. Ey gözüm, ey canım! Get məktəbə cavanım! Elm öyrən, imtəhan ver, Öz fəzlini nişan ver; Qədrin bil elmq fəzlin, Elmin yolunda can ver. Ey gözüm, ey canım! Get məktəbə cavanım! |
|