Elmin izzəti payidar olur, Cəhlin nikbəti canşikar olur; Hər kəs elm oxur, bəxtiyar olur, Millət elm ilə bərqərar olur. Oxuyan, əzizlər, oxumaq zəmanıdır! Oxumaq hər adəmin ədəbi nişanıdır! Elm ilə sərfəraz olmasaq biz, Cümlədən biniyaz olmasaq biz, - Bizdə fəxrü mübahat olurmu? Qeyrilərlə müsavat olurmu? Hər bir təifə bir səyaq ilə Çatdı izzətə ittifaq ilə, Düşdük zillətə biz nifaq ilə, Məktəb açmalı iştiyaq ilə. Oxuyan, əzizlər, oxumaq zəmanıdır! Oxumaq hər adəmin ədəbi nişanıdır! Sidq ilə əl-ələ çatmasaq biz, Qəfləti bir tərəf atmasaq biz, - Bizdə hərgiz səadət olurmu? Səbqət etməkdə qüdrət olurmu? İslamiyyətə iftixarımız – Sünni-şiəlik oldu, karımız, Getdi şənimiz, etibarımız, Varmı rütbəmiz, iqtidarımız? Oxuyan, əzizlər, oxumaq zəmanıdır! Oxumaq hər adəmin ədəbi nişanıdır! Doğru bir ittihad etməsək biz, Birliyə etiqad etməsək biz, - Bizdə şərti-üxüvvət olurmu? Dini-islamə xidmət olurmu? |