Məktəb şərqisi PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.

 Məktəb, məktəb, nə dilgüşasən,
Cənnət, cənnət desəm səzasən.
Şadəm, şadəm təfərrücündən,
Əlhəq, əlhəq, gözəl binasən!

Ətrin, ətrin güli-cinandır,
Feyzin, feyzin həyati-candır,
Qünçən, qünçən səfayi-vicdan,
Nurun, nurun ziyafəşandır!

Tahir, zahir hünərlərin var,
Bahir, zahir səmərlərin var,
Dərya-dərya təməvvücündə
Parlaq-parlaq gühərlərin var!

Dəftər-dəftər xəbərlərin var,
Rəhbər-rəhbər əsərlərin var,
Mişgin-mişgin qələmlərində
Ahu-ahu nəzərlərin var!

Himmət, himmət səninlə ali,
Xaki-vətən səninlə hali,
Sənsən, sənsən ümum nasın
Nitqi, fikri, dili, məqali!

Gülşən-gülşən lətafətin var,
Rövşən-rövşən səadətin var,
Vazeh-vazeh bəyanlarında
Şirin-şirin hekayətin var!

Olsun, olsun səninlə xoşhal,
Yetsin, yetsin kəmalə ətfal,
Görsün, görsün pəsərlərində
Sabir-Sabir pədərlər iqbal!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 37 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365912