Uşaq və buz PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.

 Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;

Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.

Durdu uşaq, neylədi?
Buza belə söylədi:

“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!

Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:

Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 17 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366852