|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.
|
Pendir ağzında bir qara qarğa Uçaraq qondu bir uca budağa. Tülkü görcək yavaş-yavaş gəldi, Endirib baş ədəblə, çömbəldi. Bir zaman həsrət ilə qarğa sarı Altdan-altdan marıtdı baş yuxarı; Dedi: "Əhsən sənə, a qarğa ağa! Nə nəzakətlə qonmusan budağa! Bəzədin bu gün sən bizim çəməni, Şad qaldın bu gəlməyinlə məni. Nə gözəlsən, nə xoşliqasən sən, Yerni var söyləsəm - hümasən sən. Tüklərindir ipək kimi parlaq, Bədnəzərdən vücudun olsun iraq! Bü yəqindir ki, var sevimli səsin, Oxu, versin mənə səfa nəfəsin!" Boylə sözdən fərəhlənib qarğa Ağzını açdı ta ki, etsin - ğa, "Ğa" edərkən hənuz bircə kərə pendiri dimdiyindən endi yerə. Tülkü fəvrən havada qapdı, yedi, Qarğaya tə'nə ilə boylə dedi: "Olmasaydı cəhanda sarsaqlar, ac qalardı, yəqin ki, yaltaqlar". |
|