Doğar insan ata ocağında, Bəslənər validə qucağında. Ata hər gün gedər işə, çalışar, Nə qədər zəhmət olsa da, alışar. Sevəməz kəndi istirahətini, Arar övladının səadətini. İşləyər, cismi qan-tərə boyanar, Hər nasıl olsa da, çörək qazanar. Ana övlada vəqf edər özünü – Yumamaz, yummasa uşaq gözünü; Sübhətək binəva çəkər zəhmət, Kəndi övladına verər rahət; “Layla-layla” deyə çəkər keşiyin, min məhəbbətlə yelləyər beşiyin. Ah, bizlər çocuq ikən nə qədər Vermişik valideynə rəncü kədər. Şimdi biz onları əvəz edəlim, Onların xahişincə yol gedəlim. Soralım hər zaman rizalərini, Alalım xeyrli dualərini. “Payi altındadır behişt ananın” – Bu hədisi-şərifdir, inanın! Bizə lazımsa həqqə qul olalım, Valideynə müti oğul olalım. Ataya hörmət etməyən çocuğun, Anaya xidmət etməyən çocuğun Nə olur kəndi nəfsinə xeyri, Nə də ondan vəfa görər qeyri! Şübhəsiz, xüsrdən kənar olamaz, İki dünyadə bəxtiyar olamaz. |