|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.
|
Çıxdı günəş, doldu cəhan nur ilə, Cütcü sürür tarlada cüt şur ilə. Atlar, öküzlə kotana güc verir, Gah yürüyür, gah yıxılır, gah durur. Cütcü batıb qan-tərə yer şumlayır, Şumladığı tarlasını tumlayır. Olsa da artıq nə qədər zəhməti İşləməyə var o qədər qeyrəti. Çünki bilir rahət əziyyətdədir, Şad yaşamaq səydə, qeyrətdədir. İndi əgərçi ona zəhmət olar, Qışda əyali, özü rahət bular: Cəm edəcək tarlasının hasilin, Bəsləyəcək ailəsin, həm elin. |
|