Kolxoz bağında PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Baharda, yay çağında
Bizim kolxoz bağında
Yaşıllanır ağaclar,
Çiçək açıb verir bar.
Ağaclara çıxırıq
Dadlı meyvə yığırıq.
İşləyirik həvəslə,
Oxuyuruq bir səslə,
Oğlan, gəlin, qız, kişi
Birgə görürük işi.
Meyvə artır, bol olur,
Hər çeşid məhsul olur.

1948

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 38 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366966