Kolxoz yazı PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Getdi qışın ayazı,
Parladı kolxoz yazı.
Əridi dağlarda qar,
Bulanlıq sellər axar,
Yenə coşub Araz, Kür,
Sahilləri hey sökür.
Yaşıl geymiş dağ, dərə;
Yenə bizim ellərə
Quşlar qonaq gəlirlər.
Zəhmətdən dincəlirlər.
Bəzəndi boz yamaclar;
Kəkliklər, həm turaclar
Kollarda qaqqıldaşır,
Kənddə adam qaynaşır.
Hər yanda qaynayır iş,
Torpaqlar cana gəlmiş.
Traktorlar səslənir,
Qoyun, quzu bəslənir.
Bir yanda sürü, çoban,
Bir yanda bağça, bostan.
Bir yanda göy tarlalar
Dəniz tək dalğalanar.
Uğur olsun, gözəl yaz!
Səni sevməmək olmaz!
Açıldıqça şux güllər,
Fərəhlənir könüllər.
Xoş gəldin, kolxoz yazı!
Gətirdin şənlik sazı.

1949

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219766