Kəpənək PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Mənəm qanadlı çiçək,
Adım isə kəpənək.
Al-əlvan xallarım var,
Qızıl kimi parıldar.
Qanadımı açaram,
Budaq-budaq uçaram.
Yuvam, otağım ancaq
Olur yaşıl bir yarpaq.
Mənim dostumdur hər gül,
İncə telli göy sünbül.
Oynağımdır çöl, çəmən,
Məni tutmaq istəyən,
Ey mehriban uşaqlar,
Siz yaşayın bəxtiyar!
Mənim də bu dünyada
Bir başqa aləmiz var...

1928

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219761