Kür çayı PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Ey Kür çayı, dalğan ağ,
Sahilləri aşırsan;
Tarlalarda, bağlarda
Bizimlə oynaşırsan.

Ey Kür çayı, dalğın ağ,
Suyun gümüşdən parlaq;
Yol sal bizim bağçaya,
Sən çal, biz də oynayaq.

Ey Kür çayı, gəl barı,
Bizim dəhnəyə sarı,
Aç qoynunu yuyunsun
Elin oğul, qızları.

1932

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 16 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299647