Qərənfil PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.
Mən, bağban qızı,
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

1928

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 29 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366364