Payızın son ayı PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 A bağça, barlı bağım,
Ay üzümlü çardağım!
Nə oldu, tez soldunuz,
Belə çılpaq oldunuz?
Qəmgin-qəmgin baxırsız
Gizlin pıçıldaşırsız.
Halınız olmuş yaman,
Qırıb dağıdır xəzan.
Qış deyəsən yavuqdur.
Ax, üşüdük, soyuqdur.
Gedib geyim kürkümü,
İsti dəri börkümü.
Qalın hələ səlamət,
Bahara qalsın söhbət.

1906

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 36 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365916