Səhər PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Günəş doğdu, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, meşə, bayırlar,
Səhralar, həm çayırlar.
Bir nur içində qaldı,
İşıq dünyanı aldı;
Üfüq alışdı-yandı,
Quşlar bütün oyandı.
Ötüşdü şadü xəndan,
Səs ilə doldu orman.

1906

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366742