Payız gecəsi PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Günəş saraldı, söndü,
Yavaş-yavaş büründü
Dumanlara çayırlar,
Dərə, dağlar, bayırlar.
Çökdü dərin qaranlıq,
Qaraldı həm ortalıq,
Qurd-ruş daha əkildi,
Yuvasına çəkildi.
Yox səs-səmir bir yerdə,
Ancaq ki, dərələrdə
Sular şırhaşır çağlar,
Səs verər qaya, dağlar.

1906

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 17 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366857