Məktəbli ilə müəllimin əhvalatı PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Bir uşaq incimişdi məktəbdən,
Dedi: - Ey xaliqi-zəminü zəmən,
Bir ölüm ver bizim bu ustadə,
Ta olum məktəbindən azadə.
Bir doyunca gedim gəzim baği,
Həm edim baği seyr, həm daği.
Bu duani eşitdi mollası,
Dedi: - Oğlum, bunun nə mənası?
Mən əgər rehlət etsəm üqbayə,1
Qoyar atan bir özgə mollayə.
Atanın mərgini2 istə, ey nadan,
Qalasan ta yetimü sərgərdan.

 


1Üqba – o biri dünya, axirət dünyası.
2Mərg – ölüm, vəfat. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366737