Loğmanın vəqəsi PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Dörd min il ömr eylədi Loğman,
Oldu ol vəqt ömrü kim, payan,
Lifi-xurmaydı, səqfü bamı onun,
Keçib ol evdə sübhü şamı onun.
Onda hər dəm ki, yatmağa uzanır,
Bədəni nisfdən eşikdə qalır.
Mələkül-mövt1 gəldi Verdi salam,
Gördü bir evdə eyləyibdi məqam,
əyləşibdir o evdə pirü əlil,
Rizq təhsinilnə toxur zənbil.
Dedi Əzrail: - Ey hünarzadə,
Bu qədər etdin ömr dünyadə,
Niyə bir xanə etmədin təmir?
Dedi: - Haza li mən yəmutu kəsir.2

 


1Mələkül-mövt – canalan mələk, əzrail.
2Haza li mən yəmutu kəsir - Ölən adama bu da çoxdur. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219758