Məmun və kənizi PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Aldı Məmun bir kənizi-lətif,
Bərgi-gül tək lətif-xülqü zərif.
Şəbi-xəlvət o sərvi-xoşqamət
Durdu Məmundan eylədi nifrət.
Xişmnak1 oldu padşahi-qəyur,
Çün özündən görüb kənizi nəfur.
Nə qədər bənd oldu miri-əcəl,
Padşahə kəniz vermədi əl.
Dedi Məmun, key fəriştəcəmal,
Xatirində nədəndi rəncü məlal?
ərz qıldı kəniz, key mövla,
İstər öldür və ya ki, eylə rəha-
Ki, gəlir buyi-bəd dəhanından,
Qaçıram, vəchi var ki, yanından.
O gecə hiç yatmayıb Məmun,
Qüssədən oldu sübhədək dilxun.
Sübh qıldı təbiblər ehzar,
Dərdi-pünhanın eylədi izhar.
Qıldılar dəfinə əlaci-niku,
Dəhəni oldu gül kimi xoşbu.
Dust tutdu kənizə şahi-əcəm,
Oldu hər sübhü şam ona həmdəm.
Mənə çox dustdur bu siməndam-
Ki, mənim eybim eylədi elam.
Eybi örtən rəfiq kövdəndir.
Onu sən dost sanma, düşməndir.
Seyyida, sanma dustdur, zinhar
Kim, sənə eybin eyləməz izhar

 


1Xişmnak – acıqlı.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366843