|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Cəfər, ey ahiyi-biyabanım, Ey biyabani-dildə ceyranım! Ey maralım, gəvəzni-xoşnigəhim, Bürci-dildə cəmalı mehrü nəhim! Belə yazmış bu rəmzi danalər, Əhli-idrakü əhli-mənalər – Ki, cahan içrə var elə işlər Nəzərə ibtidadə xoş görünür. Lakin axır verər nəticə yaman. Buna şahiddir ayeyi-Quran. Elə işlər də vardır, ey sərvər, Sənə zahirdə çox yaman görünər, Leyk axır verər nəticeyi-sud, Olur ol mr sülləmi-məqsud. Huş ilə guş qılsın, ey güli-tər, Bu hekayət sənə kifayət edər.
*Mir Cəfər şairin oğludur. |
|