Cəfər, ey qönçeyi-gülüstanım! Ey mənim bülbüli-xoşəlhanım! İki yüz yetmiş üçdə, bəd həzar, mötədil fəsl idi, zəmani-bahar. Səni həq mən fəqirə qıldı əta, Kəbeyi-qəlbimə yetişdi səfa. On beş ildir ki, ey ətayi-əzim, Sənə adab eylərəm təlim. Yetibən əqlə sərfəraz oldun, Dəxi məndən ki, biniyaz oldun... Demirəm mən gedən təriq ilə get. Sənə bürhan1 deyil təriqi-pədər,2 Gör nə yol getdi zadeyi-Azər. Demirəm rus ya müsəlman ol, Hər nə olsan get, əhli-ürfan ol... Ey gözüm nuru, ey ətayi-xuda, Sənə Şirvanda oldu nəşvü nüma Gərçi viranə oldu zəlzələsən, Çıxmayıb mərifət bu mərhələdən. Vardır hər guşədə yüz əhli-kəmal, Hər biri əhli-elmü sahibi-hal... Xassə kim, padşahi-kişvəri-Rus Edəli təxti-ədlü dad cülüs, Eləyib tərbiyət kəmal əhlin, Gətirib halə bir məhal əhlin. Hər vilayətdə açdı məktəblər, Çatdılar feyzə əhli-mənsəblər. Oxunur onda müxtəlif dillər, Həll olur onda cümlə müşküllər. Ey oğul, bu dəlili-bişəkdir, Adəmi-bisəvad eşşəkdir... Həq buyurmuş ki, ixtilafi-lisan Nemətimdəndir, ey güruhi-cahan! Kim ki, bəs bir dil eyləsə hasil, Oldu bir nemətə o kəs vasil. Cəhd qıl neməti-təmamə yetiş, Elm təhsil qıl, məqamə yetiş Ey oğul, hər lisanə ol rağib, Xassə ol rus elminə talib. Onlara ehtiyacımız çoxdur, Bilməsək dil, əlacımız yoxdur. Çatmayıb şərdən bizə bu xəbər – Ki, ərəbdən siva dil oldu hədər. Nə ərəbdir xuda, nə rum, nə zəng, Nə həbəşdir, nə zəngbarü firəng, Xah boq, xah tanrı, xah xuda Birdi mənada, ey düri-yekta. Ləfz edirsə ifadə mənanı, Sərf edər əhli-mərifət anı.
1Bürhan – dəlil, sübut. 2Təriqi-pədər – ata yolu. |