Yağış çağırmaq (Cənubi Azərbaycan variantı) PDF Çap et Dosta göndər
Nəğmələr - Mövsum və mərasim nəğmələri.

Çömçə xatun nə istər?
Şırhaşır yağış istər.
Əli-qolu xamırda,
Bircə qaşıq su istər.
Çax daşı, çaxmaq daşı,
Yandı ürəyimin başı.
Allah bir yağış göndər,
Göyərtsin dağı, daşı.
Ala dağın buludu,
Yetimlərin umudu.
Allah, bir yağış göndər
Arpa-buğda qurudu.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 29 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365698