Yağış çağırmaq PDF Çap et Dosta göndər
Nəğmələr - Mövsum və mərasim nəğmələri.

Göydən, göydən nə gələr?
Damla-damla yağmur gələr.
Anbarlar dolu-dolu,
Sənəklər sulu-sulu.
               Bizdən hərəkət,
               Yerdən bərəkət.
               Göydən yağmur
               Ver tanrım, ver.
Yağmur, yağmur nə istər?
Yağmur bollu yağ istər,
Qaşıq-qaşıq bal istər,
Qonur göz qurban istər,
Köbəkli xırman istər.
               Bizdən hərəkət,
               Yerdən bərəkət.
               Göydən yağmur
               Ver tanrım, ver.
Göy, göy, göy olsun,
Arpa-buğda bol olsun,
Alagöz qurban olsun.
Boynumuzda boyunduruq
Dura-dura yorulduq
Acımızdan qırıldıq.
               Bizdən hərəkət,
               Yerdən bərəkət.
               Göydən yağmur
               Ver tanrım, ver.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 44 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366570