Yağmuru çağırmaq PDF Çap et Dosta göndər
Nəğmələr - Mövsum və mərasim nəğmələri.

 ***

Göydə-dövdə nə gəlir,
Bir sürü yağmur gəlir,
Ambar da dolu-dolu,
Sənəklə sulu-sulu,
                  Göydən hərəkət,
                  Yerdən bərəkət.
Tanrım, tanrım, selləcə yağmur!

 

***

Göy, göy göy olsun!
Arpa, buğda bol olsun!
Ala öküz qurban olsun.
                  Boynumuzda boyunduruq,
         Dura-dura yorulduq,
      Acımızdan qırıldıq,
                  Yerdən bərəkət,
                  Göydən hərəkət.
Tanrım, tanrım, selləcə yağmur! 

 

***

Çömçə gəlin nə istər,
Çömçə gəlin su istər.
Ver, allahım ver!
Yağmur ilə sel!
Qoç qoyun qurban,
Göbəkli xırman.
Yaz yağmuru yalançı,
Gavur qızı dilənçi,
Ver allahım, ver!
Yağmur ilə sel!
Qoç qoyun qurban,
Göbəkli xırman. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 8 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5252255