Heyva narın iyi gəlir, Əs, ey gilavar, gilavar. Güldən xarın iyi gəlir, Əs, ey gilavar, gilavar. Səndən yarın iyi gəlir, Əs, ey gilavar, gilavar Ay xoş gilavar, gilavar. A Yel baba, Yel baba, Qurban sənə, gəl, baba. Taxılımız yerdə qaldı, Yaxamız əldə qaldı. A Yel baba, yel baba, Qurban sənə, gəl, baba. A Yel baba, Yel baba, Saman sənin dən mənim. Yel baba əsdi neynim, Dolunu kəsdi neynim. Çəkirəm yar qüssəsin, Falım da nəsdi neynim. Mən aşiq qolu güclü, Kəsibdi yolu güclü. Yel əssin, bulud getsin Yağmasın dolu güclü. |