Balaca ovçu PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hikmət Ziyanın,
Musiqisi Oqtay Zülfüqarovundur.

Səhər açılan kimi,
Götürdüm tüfəngimi.
Yol açdım göy meşəyə,
Baş çəkdim hər guşəyə.

Birdən səs eşitdim mən
Gördüm tülküdür gələn.
Dedim: - bir də yeməzsən
Toyuq-cücələri sən!
Tüfəngimi doldurdum,
Tülkünü vurdum.

Ceyran gördüm atmadım,
Dovşan gördüm atmadım...
Neçə təpədən aşdım,
Hər tərəfi dolaşdım.

Birdən səs eşitdim mən,
Gördüm boz qurdlar gələn.
Dedim: - Bir də yeməzsən
Qoyun-quzuları sən!
Tüfəngimi doldurdum
Boz qurdu vurdum. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365633