Balaca neftçiyəm PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Rəfiq Zəkanın,
Musiqisi Telman Hacıyevindir.

Neftçidir mənim atam,
İşləyir yorulmadan
Xəzərin qucağında.
Döşündə nişanı var,
Onu hamı tanıyır
Abşeron torpağında.

Neft çıxarır sulardan,
Deyir: “Kərək hər insan
Bağlı olsun vətənə!”
Atamın bu sənəti,
İşinə məhəbbəti
Yaman xoş gəlir mənə.

Hərdən söz düşən zaman,
Ya bir qız, ya bir oğlan
Soruşur nəçiyəm mən?
Baxıb gülümsəyirəm,
Uşaqlara deyirəm:
“Balaca neftçiyəm mən”. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 7 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299513