Bip-bipin nəğməsi PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Teymur Elçinin,
Musiqisi Fikrət Amirovundur.

Uçdu göylərə
Bizim peykimiz,
Söylədi yerə:
- Yol gedirik biz.
Bip-bip, bip-bip,
Göylər min rəngdir,
Burda ulduzlar
Gör nə qəşəngdir.

Günəşdən, Aydan
Salam var sizə,
Nəğmə deyirəm
Uşaqlar, sizə.
Bip-bip, bip-bip,
Dərindir göylər,
Burda hər ulduz
Min nağıl söylər.

Uçuram Marsa
Dalımca baxın,
Ulduzlar mənə
Yaxındır, yaxın.
Bip-bip, bip-bip,
Gözləyin bir az,
Görüşərik biz
Darıxmaq olmaz.
Bip-bip, bip-bip! 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365638