Bizim Bakı metrosu PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hikmət Ziyanın,
Musiqisi Ağabacı Rzayevanındır.

Gülər üzlü Bakının,
Şirin sözlü Bakının,
Xəzər gözlü Bakının
Arzusuydu, arzusu
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Yer altında işıqlı,
Bəzəkli, yaraşıqlı,
Çiçəkli, sarmaşıqlı
Bir şəhərdir doğrusu
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Sübh çağı, gecəyarı,
Gör neçə səmtə sarı
Şütüyür qatarları,
Gah gurlayır, gah susur,
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Enib, qalxır pillələr,
Fərəhim dünya qədər...
Qoy səni mən bəxtəvər
Gəzim Bakı metrosu,
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 16 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365774