Bizim gəmi PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Bizim şən bağçamızda,
Böyük gəmimiz vardır.
Sükançısı Nəriman,
Kapitanı Eldardır.

Oturub bu gəmidə
Biz gəzirik hər yeri.
Uzaqlardan görürük
İşıqlı sahilləri.

Burda hər bir sərnişin
Adlı-sanlı işçidir.
Dənizdən neft çıxaran
Mühəndisdir, neftçidir.

Motorlar guruldayır,
Sürət bir az da artır;
Hamı öz iş yerinə
Vaxtında gəlib çatır. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 17 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365776