Naxır gəlir PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Sakit kəndə elə bil
Birdən çay axır gəlir.
Səs düşür, haray düşür:
- Yol verin, naxır gəlir!

Uşaqlar çəpərlərin
Arxasına düzülür.
Kimi sakit dayanır,
Kimi qışqırır, gülür.

- Bax budur, “Xallı” gəlir,
- Bax budur, “Mərcan” gəlir!
- “Qızıl”a bax, “Qızıl”a,
görün nə yaman gəlir!

Gəlir, gəlir durmadan,
Kəsilməyir arası.
Bizim doğma kolxozun
Nə çoxdur mal-qarası! 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 19 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365676