Mişar PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Lazım olan şeyləri
Arif yığdı yanına,
Evcik tikmək istədi
Balaca Toplanına.

Nəqərat:

Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar.

Neçə yol ölçdü-biçdi,
Yorulmadan çalışdı.
Öz sevimli işinə
Başı yaman qarışdı.

Nəqərat:

Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar.

Ətrafda nə vardısa
Görünmədi gözünə.
Evcikdən çıxmaq üçün
Yer qoymadı özünə.

Nəqərat:

Ay mişar, tələs, mişar,
Taxtanı tez kəs, mişar. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365618