Odlar ölkəsi PDF Çap et Dosta göndər
Mahnılar
  

Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Fikrət Amirovun.

 Qəlbini ucaltmış göyə məşəl tək,
Bakıdır köksündə döyünən ürək.
Gülür gözlərində böyük gələcək.

 

Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi

 2 dəfə

 

Dostluğun eşqilə ucalırıq biz,
Gül açır, bar verir diləklərimiz.
Bir vurur hər zaman ürəklərimiz

 

 Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.

 2 dəfə

 

Sevinclə ötüşür onun hər anı,
Dillərdə dolaşır şöhrəti, şanı
Zəfərlər ucaldır Azərbaycanı.

 

Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.

 2 dəfə

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 118 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299257