Uşaq və buz PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mirzə Ələkbər Sabirin,
Musuqisi Səyid Rüstəmovundur.

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə.

Durdu uşaq neylədi,
Buza belə söylədi:
Sən nə yamansan, a buz,
Adam yıxansan, a buz!

Az qalıb ömrün sənin,
Yaz gələr artar qəmin.
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 19 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365662