Vətənimiz PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hikmət Ziyanın,
Musiqisi Ağabacı Rzayevanındır.

Gör nə qədər övladın var,
Qəlbimizdə xoş adın var
Al bayraqlı Vətənimiz,
Şən növraqlı Vətənimiz!

Nəqərat:

Gözəl ayın, ilin vardır,
Etibarlı elin vardır.
Söyləyirik fərəhlə biz
- Yaşa, yaşa, Vətənimiz!

Bizimkidir göy dənizlər,
Uca dağlar, geniş düzlər...
Sevimlisən sən hər zaman,
Ayrılamarıq torpağından.

Nəqərat.

Sən baharsan, biz çiçəyin,
Daha xoşdur gələcəyin.
Anamızsan doğma, əziz –
Vətənimiz! Vətənimiz!

Nəqərat.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 120 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299270