Ürəyimin sevincidir PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri İlyas Tapdığın,
Musiqisi Qafar Namazəliyevindir.

Gəl, seyr edək bu diyarı,
Üzə gülür Neft daşları.
Buruqların sıx qatarı
Ürəyimin sevincidir.

Nəqərat:

Əziz anam – Azərbaycan,
Anamın da anasısan!
Xoş günlərin hər bir zaman
Ürəyimin sevincidir.

Fərəh verir gen düzlərim,
Gecələrim, gündüzlərim.
Neftim, Bakım, göy Xəzərim
Ürəyimin sevincidir.

Nəqərat.

Ətir saçır çöl-çəmənim,
Qızıl gülüm, yasəmənim.
Sumqayıtım, Daşkəsənim
Ürəyimin sevincidir.

Nəqərat. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 274 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5298669