*** Ədəb bazarda satılmaz. *** Ədəbi kimdən öyrəndin, ədəbsizdən. *** Əvvəl arxı tullan, sonra bərəkallah de. *** Əvvəl danış, sonra gül. *** Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı. *** Əvvəl düşün, sonra danış. *** Əvvəl zəhmət çəkən, sonra rahat olar. *** Əzizim əziz, tərbiyəsi ondan əziz. *** Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. *** Əkiblər yemişik, əkərik yeyərlər. *** Əldən qalan əlli il qalar. *** Əli aşından da oldu, Vəli aşından da... *** Əli ələ vurarsan, səs çıxar. *** Əlindən bir iş gəlməyən on danışar. *** Ərkəsöyün böyüyən oğul avara olar. *** Əsli, nəcabəti olmayana qamçı neylər? *** Əməksiz yemək olmaz. *** Ətə pul verməz, küftənini böyüyündən yapışar. *** Ət ilə dırnaq arasına girən iyiyər çıxar. *** Əhl ilə daş daşı, naəhl ilə yemə aşı. |