*** Fayda - zərər hesab başında məlum olar. *** Fayda zərərin qardaşıdır. *** Faydasız qohumdan faydalı yad yaxşıdır. *** Fal yox, yumurta da yox. *** Falın faldır, fərmanın allah. *** Fəqir əlinə baxırsa, sən cibinə bax. *** Fəqirə axmaq deyərlər, kasıba gic. *** Fəqirə həmdən gəlməz. *** Fəqirin təsəllisi - ölümdür. *** Fəqirin cibi - boş, qəlbi doludur. *** Fələkə bel bağlamaq olmaz. *** Fələyin beylə-beylə işləri çox, aslanı ac gəzdirər, tülkünü tox. *** Fələyə bel bağlama, fələk quyu qazandır. *** Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən. *** Fələyin zoruna heç nə kar etməz. *** Fələyin çərxi dönər. *** Fələyin işinə bax, ayıya qaval çaldırır. *** Fələk birin qurar, birini dağıdar. *** Fələk güclü, mən gücsüz. *** Fənd nə bilir fel ilə fənddə nə var?! *** Fərə çıxdığı qabığı tanıyar. *** Fərsiz oğuldan bir qara daş əfzəldir. *** Fərsiz övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, saxlarsan - eybəcər göstərər. *** Fikri nəysə, zikri də odur. *** Filin gücü xortumundadır, dəvənin gücü - dizində. *** Fırtdayıb burnundan düşüb. *** Füzulu atdılar cəhənnəmə, dedi: - Odunu yaşdır! *** Fürsət əldə ikən yaxşılıq eylə. *** Fürsət hər zaman ələ düşməz. *** Fürsəti fot eyləyən aqil deyil, divanədir. *** Fikirdən iti gedən şey yoxdur. |