*** Ev alma, qonşu al. *** Ev bizim, sirr bizim. *** Eyibli öz eybini bilsə, başına kilim örtər. *** Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin. *** El ağzını bağlamaq olmaz. *** El ağzı faldır. *** El arxası çəmən olar. *** El atan daş dağdan aşar. *** El atan daşa güc düşməz. *** El tutanı ər tutar, Ər atanı el atar. *** El qapısı həm gec, həm güc açılar. *** El bir olsa, zərbi kərən sındırar. *** El dəlisini çölə atmaz. *** El elə dayanıb, tənbəl indi oyanıb. *** El elə sığışar, ev evə sığışmaz. *** El elin aynasıdır. *** Elə arxalanan igidin arxası yerə dəyməz. *** Elə bilir yuxa arasında halva var. *** Elə elə ki, nə şiş yansın, nə kabab. *** Elə yerdə otur, altına su çıxmasın. *** Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir. *** Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz. *** Elimə qalsın, günümə qalmasın. *** Elin eybini saxlamayan sənin də eybini saxlamaz. *** Elin gözü sərraf olar. *** Elin gücü bir olsa, düşməni dara çəkər. *** Elin oğlu yumurtaya qulp taxar. *** El keçən körpüdən qorxma, sən də keç. *** El köcdü, oba qaldı. *** El gözündən düşən boy atmaz. *** El gözündən düşən gözsüz qalar. *** El gücü, yel gücü, sel gücü. *** Ellərə gülən canım, indi olub el gülüncü. *** Elm ağılın çırağıdır. *** Elmin gücü, Yıxar bürcü. *** El oğrusuz, çöl qurdsuz olmaz. *** El öz dəlisini tanıyar. *** El sevəni aləm sevər. *** Elsiz dağ viranədir. *** El tikəni yel yıxa bilməz. *** El harda, sən də orda. *** El çalan zurnanın səsi uzağa gedər. *** Ehtiyat igidin yaraşığıdır. *** Ehtiyatlı oğulun anası ağlamaz. *** Eşitdiyinə inanma, gördüyünə inan. *** Eşşək palçığa bir dəfə batar. |