*** Gah nala döyür, gah mıxa. *** Gedər bağlar qorası, qalar üzlər qarası. *** Gedər bu dövran sənə də qalmaz. *** Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır. *** Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda. *** Gəlin bəzənincə, toy əldən gedər. *** Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa. *** Gəmidə oturub gəmiçi ilə vuruşur. *** Goru var ki, kəfəni də ola. *** Göz görmək üçün, ağıl bilmək üçün. *** Gözünü qırpdın, sənin deyil. *** Göz görmək üçün, könül sevmək üçündür. *** Göz görmür, üz utanmır. *** Gözü boynunun ardını görəndə... *** Gündüz gəzər obanı, Gecə sancar dabanı. *** Günü günə satmazlar. *** Gününü düyünləyib göy əsgiyə. *** Gün batdı - bat, gün çıxdı - çıx! *** Gün çıxdı, aləm gördü. |