*** Halva-halva deməklə ağız şirin olmaz. *** Haray, üzülən canım, İpə düzülən canım. *** Hazırın naziri. *** Hamam suyu ilə özünə dost tutur. *** Haram malın bərəkəti olmaz. *** Heç kəsin çırağı axıracan yanmayıb... *** Heç bilmir harda bişib, deyir bir çömçə də bəri ver. *** Hələ quyruğu qapı arasında qalmayıb. *** Həyasızdan hayanı saxla. *** Həmnişinin bab ilə, Görən desin habelə. *** Hər işi tutdun, insafı əldən qoyma. *** Hər kəs nə eləsə, özünə elər. *** Hər parıldayan qızıl olmaz. *** Hər saatın bir hökmü var. *** Hərzəkar ağız başa yumruq vurdurar. *** Hər ağac öz dibinə kölgə salar. *** Hər quşa öz yuvası doğmadır. *** Hər kəsə öz vətəni əzizdir. *** Hər kəsi el istəsə, bülənd olar, ucalar. *** Hər yerindən duran özünü peyğəmbər sayır. *** Hər oxuyan Molla Pənah olmaz. *** Hər şeyin təzəsi, dostun köhnəsi. *** Hər aydınlığın bir qaranlığı var, Hər qaranlığın da bir aydınlığı. Hər arzu yerinə yetməz. *** Hər quşatan ovçu Pirim olmaz. *** Hər deyilənə inanmazlar. *** Hər işin öz yeri, hər sözün öz məqamı var. |