*** Kamil bağban çəkər bağın səfasın. *** Kasıblıq eyib deyil, oğurluq eyibdir. *** Kasıb öləndə molla xəstə olar. *** Keçənə güzəşt deyərlər. *** Köçən yurdun qədrini, düşən yurdda bilərlər. *** Keçi can hayında, qəssab piy hayında. *** Keçmə namərd körpüsündən qoy aparsın sel səni. *** Kələk ilə gələn, külək ilə gedər. *** Kişinin sözü bir olar. *** Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir. *** Kiminin əvvəli, kiminin axırı. *** Kifirə sabun, dəliyə öyüd neyləyər. *** Kiçikdən xəta, Böyükdən əta. *** Kişi sözü üzə deyər. *** Kişi tüpütdüyünü yalamaz. *** Kişini tez qocaldar axşamdan yatan arvad. *** Kişinin özünə baxma, sözünə bax. *** Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər. *** Kor kor, gör gör. *** Kor tutduğun buraxmaz. *** Könülsüz işin axırı olmaz. *** Köpəyin qarnı tox gərək. *** Kötük üstündə çox budaqlar doğranıb. *** Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir. *** Köhnə kəndə təzə nırx qoyur. *** Külək kimi hərdən bir tərəfə əsmə. |