- Q - PDF Çap et Dosta göndər
Atalar sözü və məsəllər

***

Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.

 

***

Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.

 

***

Qabil şagird ustal olar ustada.

 

***

Qazan qarası gedər, üz qarası getməz.

 

***

Qaz vur, qazan doldur.

 

***

Qazı da bilir, quzu da.

 

***

Qazıdan qardaş olmaz.

 

***

Qazıya yalqız gedən razı gələr.

 

***

Qaydanı pozan peşiman olar.

 

***

Qayınananın gücü qızına çatar.

 

***

Qalan işə qar yağar.

 

***

Qamış ola, gomuş ola, görməmiş ola...

 

***

Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.

 

***

Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar.

 

***

Qanmaza qoşulanı qanmaz çağırarlar.

 

***

Qanmaza hörmət edərsən, deyər:-Məndən qorxur.

 

***

Qapan it dişin göstərməz.

 

***

Qapıdan qovursan, bacadan gəlir.

 

***

Qaraçı bir ələk verib, elə bil evə dirək verib.

 

***

Qarğa, qarğa, məndə qoz var.

 

***

Qarğa özün quş bilir, xaşıl özünü aş.

 

***

Qarğa çəmdək üstə yığılar!

 

***

Qarı düşmən dost olmaz.

 

***

Qarın başa bəladır.

 

***

Qarın qardaşdan irəlidir.

 

***

Qarın səndən aşağıdır.

 

***

Qarnı tox olan qayğısız olar.

 

***

Qafil yaşamaqdan ölmək yaxşıdır.

 

***

Qaçanı qovmazlar.
Qaçırılan fürsət ələ düşməz.

 

***

Qeyrəti olan torpağı qızıla döndərər.

 

***

Qəlb odur ki, qəlbindəkin deməyə...

 

***

Qələm qılıncdan itidir.

 

***

Qələm əyri yonulsa da, düz yazar.

 

***

Qələmin ucu, qılıncın gücü.

 

***

Qələm yazanı qılınc poza bilməz.

 

***

Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.

 

***

Qız evlərdə tanınar, ipək dəzgahda.

 

***

Qızım, sənə deyirəm, gəlinim, sən eşit!

 

***

Qılıqlı min ev yeyər, qılıqsız bir evi də yeyə bilməz.

 

***

Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.

 

***

Qoyun quzusunun ayağını basmaz.

 

***

Qoyunu qurda tapşırıb.

 

***

Qonaq bu il burdadır, gələn il də sərasər.

 

***

Qonağa get deməzlər, altından palazı çəkərlər.

 

***

Qonşu qonşuya baxar,
Canını oda yaxar.

 

***

Qonşu qonşu olsa, kor qız ərə gedər.

 

***

Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.

 

***

Qonşunu iki inəkli istə, özün bir inəkli olasan.

 

***

Qonşu iti qonşuya hürməz.

 

***

Qonşu payı dolu gələr, dolu gedər.

 

***

Qonşum sağ olsun, ocağından od verməsin.

 

***

Qonşu muncuğunu götürən onu ancaq korda taxar.

 

***

Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.

 

***

Qonşunun haqqı axirət haqqıdır.

 

***

Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

 

***

Qorğaya öyrənən çərəzsiz qalmaz.

 

***

Qorxaq qaçar hay gəlməmiş,
Çırmanar keçməyə çay gəlməmiş.

 

***

Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.

 

***

Qorxaq nə zərər eylər, nə mənfəət.

 

***

Qorxaq öz kölgəsindən də qorxar.

 

***

Qorxaq hər şeyi dörd görər.

 

***

Qorxan gözə çöp düşər.

 

***

Qorxan öküz cütə getməz.

 

***

Qorunan baş salamat olar.

 

***

Qorxu adama yalan dedirdər.

 

***

Qorxu başa bəladır.

 

***

Qorxursansa pişikdən,
Niyə çıxırsan deşikdən.

 

***

Qoçdan qoç törər.

 

***

Qoç döyüşünə qoç dözər.

 

***

Qoç igid qurddan çəkinməz.

 

***

Qoçun buynuzu qoça ağırlıq eləməz.

 

***

Qoca başqa, qocaman başqa.

 

***

Qoca qurd kahasından çıxmaz.

 

***

Qocadan demək,
Cavandan əmək.

 

***

Qoca evin sütunudur.

 

***

Qocaya hörmət elə, sən də qocalacaqsan.

 

***

Qocanın biliyi, cavanın biləngi.

 

***

Quzusuna qıymayan kabab yeyə bilməz.

 

***

Quyu var, suyu yox.

 

***

Quyuya su tökməklə quyu sulu olmaz.

 

***

Qulağının dibini görəndə...

 

***

Quranı yerə qoyarlar, çörəyi taxçaya.

 

***

Qurbansız bayram olmaz.

 

***

Qurdun qonaqlığına get, köpəyi də yanınca apar.

 

***

Qurddan qorxan qoyun saxlamaz.

 

***

Qurddur, qoyun dərisinə girib.

 

***

Qurunun oduna yaş da yanır.

 

***

Quş var ətin yeyərlər, quş var yedirdərlər.

 

***

Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.

 

***

Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.

 

***

Qürbətdə xan olunca, vətənində dilən, gəz.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 21 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219733